Tadiç sabiq komandasına geri dönür - İDDİA
15.03.2025 - 14:22
Bu mövsüm Super Liqada məhsuldar ötürmə sayına görə Dris Mertenslə birinci yeri bölüşən Duşan Tadiç (11) "Reyncers" matçında tənqid hədəfinə çevrilib.
Apasport.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli futbolçunun transferi ilə bağlı diqqət çəkən iddia irəli sürülüb.
Belə ki, "TRT Spor"un canlı yayımında serbiyalı futbolçunun sabiq klubu "Ayaks"la anlaşdığı və yeni mövsümdə Hollandiya klubunun formasını geyinəcəyi iddia edilib.
36 yaşlı futbolçu "Fənərbaxça"nın heyətində 98 matçda forma geyinib. Tadiç bu matçlarda 27 qol vurub və 31 məhsuldar ötürmə edib.
- Liqa 1: PSJ səfərdən 1 xalla dönür
- Peddi Pimblett: "Topuria 2 ölkəyə də yaltaqlanır, artıq ürəyim bulanır"
- Mikautadze Premyer Liqa yolunda
- "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
0
0