Türkiyə Super Liqasında çempionluq mübarizəsində böyük əhəmiyyət kəsb edən "Qalatasaray" - "Fənərbaxça" derbisi hələ oynanılmamış ölkə futbol tarixinə düşüb.
Apasport.az xəbər verir ki, sabah axşam keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisi Türkiyə futbol tarixinin ən bahalı matçı olacaq.

277 milyon avro ilə Super Liqanın ən dəyərli heyətinə sahib olan "Qalatasaray" sabah "Rams Park"da 242 milyon avro ilə ikinci yerdə olan "Fənərbaxça"nı qəbul edəcək.

İki komandanın ümumi dəyəri 519 milyon avroya çatıb. Əzəli rəqiblər tarixlərində ilk dəfə belə bahalı heyətlə üz-üzə gələcəklər.

Bu qarşılaşma meydanda ilk 11-liklərin ümumi dəyərinə görə də rekord qıra bilər. 2024-cü ilin sentyabrında iki komanda arasında baş tutan derbidə start 11-lərin ümumi dəyəri 322 milyon avro olub.
- "Beşiktaş"da Rafa Silva böhranı davam edir
- Aslan Kərimov: "Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq" - Açıqlama
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- Ceyhun Sultanov: "Qarabağ" istənilən rəqibdən xal ala bilər"
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub