İsgəndər Cavadov AFFA-da heç bir vəzifəyə layiq deyil
30.03.2008 - 18:03
İsgəndər Cavadov AFFA-da heç bir vəzifəyə layiq deyil
Bakı. Aqşin Əliyev-APA-Sport. Futbol veteranı İsgəndər Cavadov AFFA-da heç bir vəzifəni tutmağa layiq deyil. “APA-Sport” agentliyinin İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub. On gün ərzində 84 nəfər saytımızı ziyarət edərək, “İsgəndər Cavadov AFFA-da hansı vəzifəni daşımağa layiqdir” sualını cavablayıblar. Respondentlərin 46,43 faizi (39 nəfər) İ.Cavadovu assosiasiyada çalışmağa layiq bilməyib. 18 nəfərin fikrincə, “Neftçi” klubunun keçmiş hücumçusu AFFA-da I vitse-prezident postunu tuta bilər. Müsabiqəyə qatılanların 15,48 faizi isə hesab edir ki, veteran futbolçu hazırkı baş katib Elxan Məmmədovu əvəzləməlidir. İ.Cavadovu vitse-prezident, eləcə də prezidentin müşaviri vəzifələrinə layiq bilənlərin sayı 5-ə bərabərdir. Sorğunun sualına 4 nəfər cavab verməyə çətinlik çəkib.
Qeyd edək ki, peşəkar karyerasını 1991-ci ildə başa vurmuş İ.Cavadov heç vaxt futbol strukturunda çalışmayıb.
0
DİGƏR XƏBƏRLƏR
Loading...