“Yuventus” kapitanı ilə müqavilə imzalamayacaq
28.12.2024 - 10:44
İtaliya A Seriya təmsilçilərindən “Yuventus” futbolçusu Danilonu transferə çıxarıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Turin təmsilçisi kapitanla müddəti mövsümün sonuna kimi olan müqaviləni uzatmayacaq. Klub qış fasiləsində gələcək təklifləri dəyərləndirəcək.
Danilo 2019-cu ilin avqustundan “Yuventus”da forma geyinir. 33 yaşlı müdafiəçi bu mövsüm A Seriyasında 12 oyuna çıxıb.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0