Azərbaycan futbol yığması Avstriyada keçirilən beynəlxalq turnirin finalına yüksəlib
10.07.2008 - 12:29
Azərbaycan futbol yığması Avstriyada keçirilən beynəlxalq turnirin finalına yüksəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avstriyanın Vels şəhərində təşkil olunan “Yuxarı Avstriya kuboku” uğrunda yarışın finalına vəsiqə qazanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yığmamız yarımfinalda Rumıniyanın “Brasov” klubuna qalib gəlib. Bernard Lippertin yetirmələri rumıniyalı həmyaşıdlarının qapısından 3 cavabsız top keçiriblər. U-17 sabah həlledici qarşılaşmada qüvvəsini sınayacaq. İyulun 12-də Avstriyanı tərk edəcək yeniyetmə futbolçularımız Avropa çempionatının ilkin seçmə qrup mərhələsinin hazırlığını Almaniyanın Münhen şəhərində davam etdirəcəklər.
0