“Qalatasaray” ciddi itkilərlə üzləşdi
17.09.2008 - 10:13
“Qalatasaray” ciddi itkilərlə üzləşdi
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubu UEFA kubokunun qrup mərhələsini ilk turuna ciddi itkilərlə çıxacaq. “APA-Sport”un məlumatına görə, aparıcı futbolçular, Arda Turanla Mehmet Topal sabah İsveçrədə yerli “Bellinzona” ilə qarşılaşacaq “cim-bom”a kömək edə bilməyəcək. Onlar Türkiyə Superliqasının son turunda zədələnib. Səfər matçına eyni səbəbdən Hakan Balta, Səbri Sarıoğlu və Tobias Linderot kimi təcrübəli oyunçular da çıxa bilməyəcəklər. Komandanın son məşqində zədələnən Ümit Karanın perspektivinə isə matç günü aydınlıq gələcək.
0