“Fənərbaxça”nın artisti kimdir?
01.12.2008 - 12:10
“Beşiktaş”ın braziliyalı hücumçusu Bobo həmyerlisi Roberto Karlosu artist adlandırıb. Apasport.az saytının məlumatına görə, o, “Fənərbaxça” ilə derbidə təcrübəli müdafiəçinin idmançıya yaraşmayan hərəkətlər etdiyini deyib.
“Karlosun davranışlarına inana bilmədim. O, bir artist kimi hərəkət etdi. Təkbətək mübarizədə Karlosa toxunan kimi, qışqıraraq yerə yıxıldı. Ardından isə ayağa qalxıb sərt ifadələr işlətməyə başladı. Hakim onun dediklərini başa düşsəydi, dərhal qırmızı vərəqə göstərərdi. Bu hərəkətləri zəngin karyeraya malik olan Karlosa yaraşdırmadım” – deyə Bobo vurğulayıb.
Qeyd edək ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan derbidə “Fənərbaxça” 2:1 hesablı qələbə qazanıb.

- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0