“Uşaq səhvi” burax, “Neftçi”dən qovul
01.12.2008 - 12:18
“Uşaq səhvi” burax, “Neftçi”dən qovul
Azərbaycan milli komandasının qapıçısı Anar Nəzirov özünə yeni klub axtarmalı olacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb 23 yaşlı qapıçının “Neftçi” klubundan qovulmasıdır. Flaqmanın baş məşqçisi Hans-Yurgen Gede son vaxtlar serbiyalı qapıçı Vladimir Miçoviçi ehtiyatda saxlayaraq, “çərmçivə”ni Anara tapşırırdı.

Ancaq Nəzirov buraxdığı kobud səhvlərlə komandanın uğursuzluğunda əsas günahkarlardan sayılır. “Qarabağ” və “Karvan”la görüşdə xətalara yol verən futbolçu ilk dövrənin axırıncı turunda “Olimpik”lə matçda bağışlanılmaz səhv edib. Rəqib hər iki qolu onun “əməy”i sayəsində vurub. Matçın uzatma dəqiqələrində gənc qapıçının “uşaq səhvi” isə flaqmanın məğlubiyyəti ilə nəticələndi – 1:2.

Qeyd edək ki, müqavilə ilə gələn ilin yayınadək “Neftçi”yə məxsus olan Nəzirov ötən mövsümü icarə əsasında “Turan”da keçirmişdi.
0