Azərbaycanlı futbolçu ehtiyat komandaya göndərildi
01.12.2008 - 13:13
Azərbaycanlı futbolçu ehtiyat komandaya göndərildi
Kiyev “Dinamo”sunun Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Əliyev cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna gənc yarımmüdafiəçinin Çempionlar Liqasının V turu çərçivəsində “Arsenal”la səfər matçında idmançıya yaraşmayan davranışı səbəb olub.

Ukraynanın ən titullu klubunun rəhbərliyi Əliyevi əvəzedicilərdən ibarət komandaya göndərib. “Dnepr”ə qarşı oyunda meydana çıxan futbolçu isə bir qol vurmaqla, ümumi qələbəyə töhfəsini verib - 2:1.

Qeyd edək ki, Əliyev “Arsenal”la görüşün baş hakimi Alan Hammeri itələdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı. Bu qərarla razılaşmayan yarımmüdafiəçi minimal hesabla uduzduqları matçdan sonra ədalət təmsilçisini “keçi” adlandırmışdı. Qarşıdakı günlərdə UEFA-nın Nizam-İntizam Komitəsi də məsələ ilə bağlı qərarını açıqlayacaq.
0