Yığmanın üzvü bıçaq altına uzanacaq
01.12.2008 - 14:11
Yığmanın üzvü bıçaq altına uzanacaq
Türkiyə yığmasının və “Fənərbaxça”nın hücumçusu Semih Şəntürk cərrahiyə əməliyyatı ediləcək. Apasport.az saytının məlumatına görə, buna istedadlı futbolçunun dizindəki zədə səbəb olub. Həkimlər Semihi iynə-dərmanla sıraya qaytarmağa çalışsalar da, bu metod effekt verməyib.

“Bakırköy Acibadem” xəstəxanasında cərrah bıçağı altına uzanacaq forvard birinci dövrənin qalan matçlarında “Fənərbaxça”ya kömək edə bilməyəcək. Eyni zamanda, Semih dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsinin son oyunu çərçivəsində səfərdə Kiyev “Dinamo”suna qarşı forma geyinməyəcək.
0