Təkkə Türkiyəyə qayıdır
02.12.2008 - 15:38
Təkkə Türkiyəyə qayıdır
Rusiyanın “Zenit” klubunun futbolçusu Fatih Təkkə Türkiyəyə qayıdır. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçunun xidmətində “Fənərbaxça” maraqlıdır.

“Sarı-lacivərdlilər”in menecerləri artıq qarşı tərəflə danışıqlara başlayıblar. Hazırkı komandasında nadir hallarda əsas heyətdə meydana çıxan Təkkə “Fənərbaxça”da oynamaq istədiyini bildirib.

Qeyd edək ki, “Zenit” Türkiyə yığmasının sabiq hücumçusunu 2006-cı ildə “Trabzonspor”dan transfer edib.
0