Qana qan günü!
02.12.2008 - 16:36
Qana qan günü!
Sabah UEFA kubokunun qrup mərhələsinin IV turunun oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, əksər azərbaycanlı azarkeşlərin nəzərləri Almaniyaya yönələcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Berlində “Herta”nın qonağı olacaq. Almaniya mətbuatı iddia edir ki, İstanbul təmsilçisinin özünü doğma meydandakı kimi hiss edəcək. Həmkarlarımızın qənaətinə görə, “Qalatasaray”ı stadionda 40 minədək yerli türk azarkeş dəstəkləyəcək. “Herta” rəsmiləri və futbolçular da açıqlamalarında bu amili qabardıblar və rəqibdən çəkindiklərini bildiriblər.

Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüş TRT1 kanalı vasitəsilə canlı yayımlanacaq. Hazırda “Qalatasaray” 6 xalla qrup lideridir. Berlində məğlubiyyət “sarı-qırmızlılar”a baha başa gələ bilər. Bu oyundan başqa, sabah daha 7 qarşılaşma keçiriləcək.

21:00 “Spartak” (Moskva, Rusiya) - NEK (Hollandiya)
21:00 “Udineze” (İtaliya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
23:45 “Tvente” (Hollandiya) - “Şalke” (Almaniya)
23:45 “Mançester Siti” (İngiltərə) - PSJ (Fransa)
23:45 “Metallist” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan)
23:45 “Sevilya” (İspaniya) - “Partizan” (Serbiya)
23:45 “Standard” (Belçika) - “Sampdoriya” (İtaliya)
0