Futbol klubunu aparan təyyarə dumana düşdü
02.12.2008 - 16:59
Futbol klubunu aparan təyyarə dumana düşdü
UEFA kubokunun qrup mərhələsinin IV turu çərçivəsində sabah Ukraynanın “Metallist” komandası ilə qarşılaşmalı olan Yunanıstan “Olimpiakos”u problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, yunanları Ukraynaya aparan təyyarə oyunun keçiriləcəyi Xarkov şəhərinə enməyə çətinlik çəkib.
Buna güclü duman mane olub. Eniş zamanı uzaqgörmə məsafəsi cəmi 800 metr təşkil edib. Halbuki, normal məsafə 1000-1200 metr olmalıdır. Məcburiyyət qarşısında qalan pilotlar Kiyevə yollanıblar. Yerli vaxtla saat 11:00-da Xarkova enməli olan təyyarə yalnız 43 dəqiqə sonra paytaxtın “Borispol” limanına düşə bilib.
Qeyd edək ki, “Metallist” və “Olimpiakos” Türkiyə çempionu “Qalatasaray”la bir qrupda yer alır. Hər iki komandanı İstanbulda qəbul etmiş “sarı-qırmızılılar” “Olimpiakos”a 1:0 hesabı ilə qalib gəldikləri halda, “Metallist”ə eyni hesabla uduzublar.
0