Bir futbolçumuz yığmadan kənarlaşdırıldı
02.12.2008 - 17:38
Bir futbolçumuz yığmadan kənarlaşdırıldı
Azərbaycan milli komandasının futbolçusu Zahid Quliyev heyətdən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, karyerasında ikinci dəfə yığmaya çağırılmış MOİK-in müdafiəçisi dekabrın 1-də başlanan təlim-məşq toplanışını sona çatdıra bilməyib. Buna gənc oyunçunun zədəsi maneçilik törədib.

Qeyd edək ki, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts təlim-məşq toplanışına 37 futbolçu çağırsa da, hazırlığa onlardan 33-ü qatılmışdı. Branimir Subaşiç, Saşa Yunisoğlu, Anatoli Ponomaryov və Usim Nduka müxtəlif səbəblərdən yığmadan kənarda qalıblar. Quliyevin zədələnməsindən sonra isə düşərgədəki futbolçuların sayı 32-yə enib.
0