Nikolov Xodukinin güdazına gedib
02.12.2008 - 18:44
Nikolov Xodukinin güdazına gedib
Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin prezidenti Georgi Nikolovu pis vəziyyətdə qoyub. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı rəhbər şəxs ukraynalı çalışdırıcının ucbatından Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən üzr istəyib.

Bunu Ramin Musayev özü deyib: “İnter”in öz meydanında “Qarabağ”la 1:1 bərabər oynadığı matç zamanı Nikolov xaricdə idi. Komandasının həmin qarşılaşmada hakimlikdən narazı olduğunu eşidən klub prezidenti mənə zəng vurdu. Görüşü izləməyən Nikolov Xodukinin hakimlərdən şikayətləndiyini dedi. Mən də ona yanıldığı söylədim, ancaq prezident baş məşqçisinə inandığını bildirdi. Nikolov Azərbaycana qayıtdıqdan sonra anlaşılmazlığa tam aydınlıq gəldi. Mənimlə görüşən Xodukin mübahisəli epizodların çoxunda haqsız çıxdı. Buna görə Nikolov məndən rəsmən üzr istədi”.
0