44 yaşda 44 nömrəli futbolka
02.12.2008 - 18:52
44 yaşda 44 nömrəli futbolka
Bu gün “Bakı” futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədovun doğum günüdür. Apasport.az saytının məlumatına görə, 44 yaşını tamamlayan klub prezidenti ad gününü rəhbəri olduğu "Baghlan Group" şirkətinin ofisində qeyd edib.

Belə əlamətdar gündə Məmmədovu təbrik etməyə “Bakı”nın futbolçu, məşqçi və texniki heyətinin üzvləri də gəliblər. Onlar prezidentə üzərində “H.Məmmədov” yazılan və “Bakı”nın bütün oyunçularının imzası olan 44 nömrəli futbolka bağışlayıblar.
0