Emin Ağayevin komandasına qadağa
02.12.2008 - 19:35
Emin Ağayevin komandasına qadağa
Rusiya Futbol İttifaqı (RFS) iki klubun yeni oyunçu sifariş etməsinə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, Oyunçuların Statusu üzrə Komitə ikinci divizion təmsilçilərinə belə cəza verib.

Belə ki, Azərbaycan milli komandasının sabiq üzvü Emin Ağayevin şərəfini qoruduğu Tverin “Volqa”, həmçinin Volqoqrad “Olimpiya”sı oyunçularına ödəməli olduğu pulu vermədiklərindən yeni futbolçu transfer etmək hüququndan məhrum ediliblər.

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasında mübarizə aparan “Bakılı” və “Turan” klublarının da borcu var. Lakin adıçəkilən komandalar oyunçularına deyil, Azərbaycan Peşəkar Futbol Liqasına pul ödəməlidirlər.
0