Premyer Liqanın iki klubu birləşir
03.12.2008 - 11:36
Maliyyə böhranı futbola da zərbə vurub. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasında mübarizə aparan “Saturn” və “Ximki” klubları birləşmək qərarına gəliblər. Moskva ətrafını təmsil edən iki komandanın vahid şəkildə yarışacağı barədə xəbəri vilayət qubernatorunun mətbuat xidməti yayıb.
Neçə vaxtdır gəzən söz-söhbətin rəsmiləşməsinə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun reaksiyası belə olub: “Futbol qaydalarında birləşmək ifadəsi yoxdur. Komandalardan biri çıxışını dayandırır”.
Çox güman ki, 2009 mövsümündə sözügedən iki komanda “Saturn” adı altında oynayacaq. Vahid kluba “Ximki”dən yalnız 8 futbolçu cəlb olunacaq.

0
0