Bakıya gəlmiş futbolçuya şad xəbər
03.12.2008 - 12:07
Bakıya gəlmiş futbolçuya şad xəbər
Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi hakimin çempionat oyunu zamanı buraxdığı səhvi aradan qaldırıb. Apasport.az saytının məlumatına görə, komitə üzvləri “Qalatasaray” - “Hacettepe” (3:1) matçının baş hakimi Süleyman Abayın qonaqların futbolçusu Admir Teliyə 76-cı dəqiqədə göstərdiyi qırmızı vərəqəni ləğv edib.

Demə, ədalət təmsilçisi albaniyalı futbolçuya birinci sarı vərəqəni səhvən göstərib. Nizam-İntizam Komitəsi xəbərdarlığı Telinin əvəzinə, Zokonun almalı olduğu barədə qərar çıxarıb.

Qeyd edək ki, noyabrın 19-da keçirilən Azərbaycan - Albaniya matçında iştirak etmək üçün Bakıya gələn Teli həmin matçı ehtiyat oyunçular skamyasında keçirmişdi.
0