“Fənərbaxça” 10 milyon avro tələb edir
03.12.2008 - 15:52
“Fənərbaxça” 10 milyon avro tələb edir
“Roma” klubu “Fənərbaxça”nın müdafiəçisi Diyeqo Luqanoya “elçi” düşüb. Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi dövrələrarası fasilədə uruqvaylı legioneri heyətinə qatmaqda israrlıdır.

İstanbul təmsilçisi isə bu transferin müqabilində 10 milyon avro tələb edib. Hazırda italyanlar göstərilən məbləği aşağı salmağa çalışırlar.

Qeyd edək ki, Luqano İtaliyanın “Yuventus” və “Cenoa” klublarının da maraq dairəsindədir.
0