Xaqani Məmmədov: Soğan olsun, nağd olsun
03.12.2008 - 17:03
“İnter”də daha çox ehtiyatda qalsam da, komandadan ayrılmaq mənə sərf etmir. Premyer Liqanın lideri olan, ardıcıl ikinci çempionluğa doğru irəliləyən klubdan niyə getməliyəm ki?”. Bunu apasport.az saytına açıqlamasında 2007/08 mövsümündə vurduğu 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Xaqani Məmmədov deyib.
“İnter”in heyətində cari çempionatda 5 oyunda (166 dəqiqə) 1 qol vuran 32 yaşlı futbolçunun ilk dövrə bitəndən sonra özünə yeni iş yeri tapacağı gözlənilirdi. Ancaq Xaqani paytaxt təmsilçisini tərk etmək istəmir: “Açığı, heç bir komandadan təklif yoxdur. Belə olan halda, hara gedəsən? “İnter”lə cari mövsümün sonunadək müqaviləm var. Məni istəməsəydilər, komandadan çıxarardılar. Düzdür, əsas heyətdə oynamıram. Necə deyərlər, işim qalıb Allaha”.
Maddi durumundan razı qalan Məmmədovun sözlərinə görə, başqa komandaya keçməyə can atmaması pulla bağlı deyil: “Sadəcə, tez-tez klub dəyişməyi xoşlamıram. Şükür Allaha, “İnter”də maddi vəziyyətim yaxşıdır. Çempionatda, eləcə də kubokda işlərimiz qaydasındadır. Qarşıdan “Birlik kuboku” uğrunda yarış gəlir və karyeramda üçüncü dəfə bu turnirdə iştirak edəcəyəm. İnanıram ki, Moskvada uğurlu çıxış edib, qənaətbəxş nəticə göstərəcəyik”.
Hücumçu ümidini gələn ilə bağlayıb. O, Premyer Liqanın ikinci dövrəsində “İnter”də ona daha çox şans veriləcəyinə bel bağlayır: “Ola bilsin ki, ikinci dövrədə çox oynadım. Hər halda, məni heyətdə saxlayıblarsa, deməli, lazımam. Başqa komandaya keçsəm, orada oynayacağıma da zəmanət yoxdur, axı. Yaxşısı budur, elə “İnter”də qalım”.

0
0