Azərbaycanın əvəzolunmaz futbolçuları
03.12.2008 - 17:40
Azərbaycanın əvəzolunmaz futbolçuları
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan yalnız 10-u əvəzolunmazdır. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının birinci dövrəsində məhz bu qədər oyunçu komandasının bütün matçlarında əvvəldən sonadək meydanda olub.

Bunlar Ernad Skuliç (“Bakı”), Əliyar İsmayılov (“İnter”), Ernani Pereyra, Ruslan Qafitullin, Tural Nərimanov, Vitali Kovalyov (hamısı “Karvan”), Tərlan Əhmədov (“Olimpik”), Mixaylo Starostyak, Sergey Sokolov və Taras Çopikdir (“Simurq”).

Əvəzolunmazların hamısı arxa xətt oyunçularıdır ki, onlardan ikisi qapıçıdır. Bu siyahıda 5 komandanın üzvləri yer alıblar. Kəmiyyətə görə isə “Karvan” birinci yeri tutur. Əvəzlənmədən meydanda olan oyunçulardan 6-sı legionerdir.
0