Ramiz Məmmədov: Hatəmi ilə bağlı problem var
03.12.2008 - 17:54
“Komandamızın heyətindəki dəyişiklərə dekabrın 10-dək aydınlıq gələcək. Klub prezidentinin səfərdən qayıtmasını gözləyirik. Prezidentimizlə görüşüb, onun rəyindən sonra yollarımızı ayıracağımız futbolçuların adlarını açıqlayacağıq”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
XVII Azərbaycan Premyer Liqasının ilk dövrəsini 10-cu yerdə başa vuran komandanın 40 yaşlı çalışdırıcısı qış fasiləsində seleksiya işlərinə xüsusi diqqət yetirmək fikrindədir. Mövsümü yenə ilk “altılıq”da başa vurmaq iddiasında olan Məmmədov səhvlərin təkrarlanmasını istəmir: “Heyətimizlə bağlı seçim edərkən, yanılmamalıyıq. İkinci dövrədə fərqli nəticə göstərmək niyyətindəyik. “Qəbələ” adına layiq yer tutmalıdır. Bunun üçün işi uzatmağın yeri yoxdur. Heyətdə dəyişikliklər mütləqdir. Gedənlər arasında yayda komandaya gətirdiyimiz futbolçular da yer alacaqlar. Bolqar yarımmüdafiəçi Asen Nikolovun transferə çıxarılması nəzərdə tutulub”.
Yayda “Qəbələ”yə gələn iranlı 20 yaşlı hücumçu Fərzad Hatəmi mövsümə iddialı başlayaraq, cari mövsümdə ilk het-triki gerçəkləşdirdi. Həmin ərəfədə milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun maraq dairəsinə düşən, əslən azərbaycanlı futbolçu yığmamızda oynamaqdan imtina etdi. Məmmədov vurğulayıb ki, artıq “Qəbələ”nin əsas heyətində yerini itirən Hatəmi ilə bağlı problem var: “Ancaq bunun təfərrüatını vaxtı gələndə açıqlayacağam. Fərzadı bir tapıntı kimi futbolumuza bəxş etdim. Onun yığmamızda çıxış etməməsi, qərarına atasının təsirinin olub-olmaması - bu, onların öz problemidir. Sadəcə, futbolçu yığmada oynamaq imkanından yararlanmalıdır. O, milli komandaya düşmək şansından dişi, dodağı ilə bərk-bərk yapışmalıdır. Əks təqdirdə, futbolçunu itib-batmaq təhlükəsi gözləyir”.
İkinci dövrənin hazırlığına 2009-cu ilin yanvarında başlayacaq “Qəbələ” ilk mərhələni ya doğma məkanda, ya da İmişlidə keçirəcək. Komanda yanvarın ikinci yarısında isə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq və orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.

0
0