“Fənərbaxça”lı futbolçular sünnətə...
03.12.2008 - 18:20
“Fənərbaxça”lı futbolçular Roberto Karlosla Edu Draçena bu gün İstanbulun özəl klinikalarının birində böyrək xəstəliyindən müalicə alanlara baş çəkiblər. Apasport.az saytının məlumatına görə, ziyarətin sonunda müalicə ocağının baş həkimi Ərtuğrul Gürlə görüşən braziliyalılar gözlənilməz təkliflə qarşılaşıblar.
Xəstəxananın rəhbəri futbolçulara “Müsəlman olsanız, sünnətinizi mən edəcəyəm” deyəndə, “sarı-lacivərdlilər” bir anlıq özlərini itiriblər. Amma tezliklə bunun zarafat olduğunu anlayan Karlos və Edu doyunca gülüblər. Baş həkim, həmçinin qonaqların şərəfinə 45 yaşındakı bir xəstəni təmənnasız müalicə edəcəyini bildirib. Braziliyalı legionerlər isə öz növbələrində iki xəstəyə imzalı formalarını bağışlayıblar.

0
0