İngiltərə millisi Bakıya gəlir
04.12.2008 - 10:20
17 və 19 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatının püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında keçirilən püşkatmada millilərimizin 2010-cu ildə keçiriləcək qitə çempionatının birinci seçmə mərhələsindəki rəqibləri məlum olub.
Bernard Lippertin rəhbərlik etdiyi U-17 İngiltərə, Serbiya və Qazaxıstan yığmaları ilə birinci qrupda yer alıb. Hələ il yarım əvvəl 17 yaşlılarımız İngiltərə və Serbiya ilə bir qrupda mübarizə aparmışdı. 2007-ci il qitə birinciliyinin ikinci mərhələsində millimiz serblərə 0:1, futbolun yaradıcılarına isə 1:5 hesabı ilə uduzmuşdu. Bu qrupun ilkin seçmə oyunları Bakıda keçiriləcək. Ölkəmizdə keçiriləcək turnir 2009-cu ilin oktyabrın 26-dan 31-dək davam edəcək.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-19 isə birinci seçmə mərhələnin nəhs – 13-cü qrupunda mübarizə aparacaq. Hələ meydan sahibi müəyyənləşməyən mini turnirdə yığmamızın rəqibləri Danimarka, Polşa və İsrail komandaları ilə eyni qrupda mübarizə aparacaq. Bu oyunlar 2009-cu ilin payızında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün 2009-cu il Avropa çempionatının püşkü atılacaq.

0
0