Ponomaryov “Xəzər-Lənkəran”ın baş məşqçisi oldu - YENİLƏNİB
04.12.2008 - 11:46
İqor Ponomaryov “Xəzər-Lənkəran” klubunun baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, bu gün paytaxtımıza gələn 48 yaşlı mütəxəssis Lənkəran təmsilçisi ilə danışıqları yekunlaşdırıb.
20 il öncə olimpiya çempionu olan həmyerlimiz əvvəllər Vətəndə milli komandanı və Ağdamın “Qarabağ” klubunu çalışdırıb. 2002-ci ildə keçirilən dünya çempionatının seçmə mərhələsində yığma komandamızı çalışdıran mütəxəssis iki rekorda imza atıb.
Ponomaryov yığmamızın tarixində seçmə mərhələni əvvəldən axıradək iş başında olan yeganə baş məşqçi olub. Bundan başqa, o, mərhələni 5 xalla bitirib ki, bu mərhələlər ərzində ən yüksək göstəricidir. Yalnız ötən tsikl bu nəticə təkrarlanıb. Ponomaryovlu yığma 10 matçda 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətə imza atıb. Qrup sonuncusu olan komandamız bu matçlarda komandamız 4 top vurub 17-ni buraxıb.
2004/05 mövsümündə “Qarabağ”a rəhbərlik edən Ponomaryov mövsümü 6-cı pillədə başa vurub. Həmin çempionatda onun komandası 22 qələbə qazanıb: 5 heç-heçə edib və 7 dəfə uduzub. Bu matçların top fərqi 61:31-dir. Ölkə kubokunda 3 qələbəyə sevinib bir dəfə məğlubiyyət acısı yaşayan mütəxəssisin yetirmələri 12 top vurub 5-ni buraxıb. “Qarabağ” UEFA kubokunun “Dukla” ilə oyununda Ponomaryovu məyus edib – 0:3 və 0:1.
2005-ci ildə Azərbaycanı tərk edən olimpiya çempionu 2007-ci ildə Rusiyanın “Maşuk-KMV” klubunda çalışıb. Ötən ilin mayından işsiz olan çalışdırıcı hələ bir ay əvvəl Azərbaycana səfər edərkən “Xəzər-Lənkəran”ın oyununu izləmək üçün cənub bölgəsinə yollanmışdı.
Artıq klubun rəsmi internet saytı da apasport.az-ın xəbərini təsdiqləyib. Sabah saat 15:00-da “Trend” agentliyində klub rəhbərliyi və baş məşqçinin mətbuat konfransı keçiriləcək.

0
0