Maşallah Əhmədov vitse-prezident seçildi
04.12.2008 - 12:47
Maşallah Əhmədov vitse-prezident seçildi
Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov Regional Futbol Federasiyalarının (RFF) vitse-prezidenti təyin olunub. Bu haqda apasport.az saytına qurumun prezidenti İsgəndər Cavadov məlumat verib.

Onun sözlərinə görə, vitse-prezident postuna bir neçə namizəd olub: “Lakin onların arasında ən layiqlisi Maşallah Əhmədov idi. Çünki Maşallah Azərbaycan futbolunda iz qoyub. O, ölkəmizdə, o cümlədən regionlarda tanınmış futbolçudur. Buna görə də AFFA rəhbərliyi bizim təqdimatımız əsasında onu vitse-prezident təyin etdi”.

Əhmədov bu vəzifədə oktyabrın 22-də dünyasını dəyişmiş Toğrul Hacıyevi əvəzləyib. Cavadov onu da əlavə edib ki, gələn il qurumun ştat cədvəlində genişləndirmə olacağı istisna deyil. Belə ki, RFF-də icraçı-direktor vəzifəsinin təsis ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən əsrin 80-ci illərində birgə oynayan Cavadov və Əhmədov “Neftçi”nin aparıcı futbolçuları olublar.
0