Futbol yığmamız Hollandiya ilə qarşılaşacaq
04.12.2008 - 14:02
Futbol yığmamız Hollandiya ilə qarşılaşacaq
17 yaşlılar arasında 2009-cu il Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası Hollandiya, Lüksemburq və Xorvatiyanın yer aldığı üçüncü qrupda mübarizə aparacaq. Yeddi qrupda keçirilən ikinci mərhələ oyunlarına ev sahibliyi edəcək ölkələr hələ müəyyənləşməyib. Final mərhələsinə yalnız qrupların qalibləri vəsiqə qazanacaq ki, onların adı martın sonunadək müəyyənləşməlidir. Final mərhələsi isə mayın 6-dan 18-dək Almaniyada keçiriləcək.
0