Rusiya - Azərbaycan matçı “Lujniki”də keçiriləcək
05.12.2008 - 15:23
Rusiya - Azərbaycan matçı “Lujniki”də keçiriləcək
Futbol üzrə Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəyi oyunun vaxtı və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 2009-cu il martın 28-də Moskvanın “Lujniki” stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da çalınacaq.

Rusiyalılar yığmamızı ölkənin bölgələrindən birində qəbul etmək istəyirdilər. Rusiya Futbol İttifaqının rəhbərliyi kütləviliyə nail olmaq görüşün paytaxtdan kənarda təşkil olunmasına çalışırdı. Lakin Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink buna etiraz edərək, Moskva variantına üstünlük verirdi.

1956-cı ildə inşa olunmuş “Lujniki” 84 745 tamaşaçı tutumuna malikdir. Bir neçə il öncə yenidənqurma işləri aparılan arena həm də Moskva “Spartak”ının ev stadionu sayılır.

Qeyd edək ki, Azərbaycan və Rusiya yığmaları arasında cavab oyunu gələn il oktyabrın 14-də ölkəmizdə olacaq.
0