“İnter” ilk oyununu Qırğızıstan çempionuna qarşı keçirəcək
05.12.2008 - 15:54
“İnter” ilk oyununu Qırğızıstan çempionuna qarşı keçirəcək
Azərbaycan Premyer Liqasının son qalibi “İnter” klubunun “MDB və Baltikyanı ölkə çempionlarının Birlik kuboku” turnirində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan komandamız ilk matçını yanvarın 17-də “Dordoy-Dinamo” (Qırğızıstan) klubuna qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə 14:00-da Moskvanın “Dinamo” manejində təşkil olunacaq. “İnter” bundan bir gün sonra eyni vaxtda Finlandiyanın eyniadlı təmsilçisini “Olimpiyskiy” manejində sınağa çəkəcək. Valentin Xodukinin yetirmələrinin son oyunu isə yanvarın 20-də baş tutacaq. Komandamız matəm günündə, 14:00-da “Olimpiyskiy” manejində “Ventspils”lə qarşılaşacaq.

Qeyd edək ki, turnirin reqlamentə əsasən, yanvarın 21-də 1/4 finalda A və B, eləcə də, C və D qruplarında ilk iki yeri tutan komandalar görüşəcəklər. Yanvarın 23-də yarımfinal, 25-də isə final oyunu təşkil olunacaq.
0