“Xəzər-Lənkəran” Türkiyəyə gedir
05.12.2008 - 17:36
“Xəzər-Lənkəran” Premyer Liqanın ikinci dövrəsinə Türkiyədə hazırlaşacaq. Apasport.az saytının məlumatına görə, yanvarın 4-də Antalyaya yollanacaq Lənkəran təmsilçisi qonşu ölkədə üç həftəlik təlim-məşq toplanışı keçəcək. Seleksiya işlərinə həmin vaxt xüsusi diqqət yetirəcək komandanın yeni baş məşqçisi İqor Ponomaryov baxışa gələnlərlə bağlı qərarını verəcək. “Xəzər-Lənkəran” bir neçə yoxlama oyunu keçirəcəyi Türkiyədən yanvarın 27-də qayıdacaq. İkinci dövrəyə hazırlığın son mərhələsini Bakıda keçirməyi planlaşdıran komanda sonradan Lənkərana yollanacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” ikinci dövrədə ilk oyununu fevralın 15-də evdə Yevlaxın “Karvan” klubuna qarşı keçirəcək.
Qeyd edək ki, “Xəzər-Lənkəran” ikinci dövrədə ilk oyununu fevralın 15-də evdə Yevlaxın “Karvan” klubuna qarşı keçirəcək.
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
0
0