“Tenerife” və “Qrasshopers” klubları Rəşad Sadıqovu istəyir
05.12.2008 - 18:19
“Tenerife” və “Qrasshopers” klubları Rəşad Sadıqovu istəyir
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov İspaniyada bir neçə klubun diqqət mərkəzində olacaq. Bu haqda apasport.az saytına futbolçuya yeni komanda tapmaqda yardımçı olan FİFA agenti Kamil Məmmədov məlumat verib. Onun sözlərinə görə, “Valyadolid” klubunun maraq dairəsində olan müdafiəçiyə İspaniyanın aşağı dəstə təmsilçiləri də göz qoyub: “Rəşadın İspaniyaya yollanmaq variantı ilə bağlı ilk olaraq aşağı divizion klubları ilə əlaqəyə girdik. Bundan sonra “Valyadolid” rəhbərliyinə yol tapdıq və onlar baxışa gəlmək variantına razı oldular. Bunun üçün ispanlar peyk antenasında milli komandamızın Albaniya ilə yoldaşlıq görüşünü canlı yayımlayan Az.TV-nin koordinatlarını tapıb, oyunu izlədilər. Aşağı divizionda çıxış edən “Tenerife”, “Elçe” və “Albasete” klubları da Sadıqovla maraqlanır. Onlar Rəşada “Valyadolid”in düşərgəsində baxacaqlar”.

Yığmamızın 26 yaşlı üzvünə Avropanın digər ölkələrindən də dəvətlər gəldiyini deyən Məmmədov İsveçrə və Yunanıstan variantlarının qeyd edib: “Bu ölkələrin yüksək liqasında çıxış edən “Qrasshopers” və OFİ də Rəşada maraq göstərir. OFİ futbolçumuza baxışa gəlməyi təklif etsə də, bunu qəbul etmədik. İsveçrəlilərin variantı isə gündəmdə qalıb. Belə ki, “Qrasshoppers” də Rəşada baxmaq üçün “Vaydadolid”ə etdiyi müraciətinə müsbət cavab alıb. Həmin vaxt onların da nümayəndəsi orada olacaq. Mən İspaniyaya viza almışam. Rəşadın da buna sahib çıxmasını gözləyirəm. Gələn həftə bu məsələ yoluna qoyulandan səfərə çıxmağı planlaşdırmışıq”.

Qeyd edək ki, “Valyadolid” İspaniya Primerosunda 8-ci yerdə gedir.
0