“Bakı” şıltaq legionerini qovdu
05.12.2008 - 19:05
“Bakı” şıltaq legionerini qovdu
“Bakı” makedoniyalı Georgi Xristovun ardınca daha bir əcnəbi hücumçu ilə yollarını ayırıb. Komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında 22 yaşlı braziliyalı Bruno Bastelli ilə vidalaşdıqlarını söyləyib. Onun sözlərinə görə, Bastellinin problemi zəif çıxışla bağlı olmayıb: “Bakı-2”də oynayan Bruno arabir əsas komandamızda yer alırdı. Gənc futbolçunun oyunundan ciddi narazılığımız yox idi. Sadəcə, braziliyalı şıltaqlıq göstərirdi. Son vaxtlar oyunlara gəlmir, telefon zənglərinə cavab vermirdi. Futbolçu indidən belə edirsə, sonradan onun qarşısını almaq daha çətin olacaq. Nizam-intizamla bağlı problemi olan futbolçunu saxlamaq fikrimiz yoxdur”.

Qeyd edək ki, çempionatımızda meydana çıxmayan Bruno “Bakı”nın yalnız kubokda çıxış edib. “Qafqaz Universiteti” klubu ilə hər iki görüşdə iştirak edən (128 dəqiqə) braziliyalı 10:0 hesabı ilə qələbə qazandıqları oyunda qol vurub.
0