Xristov “Bakı”nı 75 min dollar ziyana saldı
05.12.2008 - 19:17
Xristov “Bakı”nı 75 min dollar ziyana saldı
“Bakı” klubu vidalaşdığı Georgi Xristova görə 75 min dollar xərcə düşüb. Komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında 32 yaşlı makedoniyalı hücumçunun transfer məbləğində tam aydınlıq gətirib. Avropanın bir sıra ölkələrində və Makedoniya yığmasında çıxış etmiş Xristovun bir futbolçu kimi səviyyəsinə şübhə etməyən Məmmədov onun “Bakı”da oyununun alınmadığını söyləyib: “Buna görə də onunla bağladığımız iki illik müqaviləni qarşılıqlı razılıqla pozduq. Bu, müqavilənin dəyəri 300 min dollar təşkil edirdi. Yəni, Georgi bir ilə 150 min alacaqdı. Xristov komandamızda yarım il olduğu üçün nəzərdə tutulan 75 mini ödəyib onu yola saldıq”.

Qeyd edək ki, yayda “Bakı”ya gələn Xristov Premyer Liqada 6 oyun (370 dəqiqə) keçirib. Ölkəmizdə kubokda qol vuran, 77 dəqiqə meydanda olan hücumçu birinci dəstədə çıxış edən “Qafqaz Universiteti” klubunu 10:0 hesabı ilə məğlub etdikləri görüşdə “dubl” edib.
0