İqor Ponomaryov köməkçilərindən birini müəyyənləşdirib İsveçə qayıdır
06.12.2008 - 11:30
İqor Ponomaryov köməkçilərindən birini müəyyənləşdirib İsveçə qayıdır
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov İsveçə qayıdır. Apasport.az saytının məlumatına görə, İsveçdə yaşayan 48 yaşlı mütəxəssis bu gecə Azərbaycanı tərk edir. Ponomaryov komandasının düşərgəsinə yalnız yeni ildən sonra dönəcək. Yanvarın 4-də Türkiyə toplanışına yollanacaq “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi səfər ərəfəsində Bakıya gələcək. Hələ də köməkçiləri ilə bağlı məsələyə aydınlıq gətirməyən Ponomaryovla çalışacaq məşqçilərdən yalnız birinin adı məlumdur. Belə ki, olimpiya çempionu komandanın qapıçılarla işləyən məşqçisi Hafiz Əliyevin “Xəzər-Lənkəran”da qalmasını məqsədəuyğun sayıb. Qeyd edək ki, komandanı Premyer Liqanın birinci dövrəsinin son matçına Əliyev çıxarmışdı.
0