“Bakı” klubu Bolqarıstan çempionunu icarəyə götürür
06.12.2008 - 11:55
“Bakı” klubu Bolqarıstan çempionunu icarəyə götürür
Sofiyanın MOİK klubunun futbolçusu Joze Rui karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bolqarıstan çempionluğunu qazanan 26 yaşlı portuqaliyalı yarımmüdafiəçi “Bakı” komandasının maraq dairəsinə düşüb.

1982-ci il sentyabrın 16-da anadan olan futbolçu Bolqarıstana gələnədək vətənində çıxış edib. “Alverka” (2003/04, 17 oyun, 1 qol), “Vitoriya Setubal” (24 oyun, 3 qol), “Penafiel” (2005/06, 24 oyun, 1 qol), “Nasional” (7 oyun) klublarında forma geyinən Joze hücumameylli yarımmüdafiəçidir.

Ruinin həm sol, həm də sağ cinahda oynamaq bacarığı “Bakı”nın ona olan marağını artırıb. Komandamız onu MOİK-dən yarım illiyə icarəyə götürüb, sonradan transfer hüquqlarına sahib çıxmaq istəyir. “Bakı” Polşanın “Arka” klubunda çıxış edən hücumçu Marçin Şmietsi də yarım illiyə icarəyə götürüb, ardından birdəfəlik transfer etməklə bağlı danışıqlar aparır.

Qeyd edək ki, indiyədək ölkəmizdə nə portuqaliyalı, nə də polşalı futbolçu çıxış edib.
0