Bakıda oynayan futbolçu bir milyon avroya satılır
06.12.2008 - 12:34
Bakıda oynamış makedoniyalı futbolçu Vlatko Qrozdanoskinin transfer məbləği 1 milyon avro qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Serbiyanın “Voyvodina” klubunun heyətində yayda UEFA kubokunun birinci təsnifat mərhələsində Bakıda “Olimpik”ə qarşı çıxış edib. Hər iki görüşdə əsas heyətdə meydana çıxan Vlatko komandasının mərhələ adlamasında yardımçı olub. Makedoniya yığmasının da üzvü olan Qrozdanoski karyerasını Ukraynada davam etdirəcək. Belə ki, Donetsk “Metallurq”u onun keçidi üçün bir milyon avro verir. Bu təklifi cəlbedici hesab edən “Voyvodina” Vlatkonu satmağa hazırlaşır.
Qeyd edək ki, Qrozdanoski “Bakı” klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskiyə yaxşı tanışdır. Futbolçu həmyerlisinin rəhbərliyi altında Skopyenin “Vardar” klubunda çıxış edib və Makedoniya çempionu olub.
Qeyd edək ki, Qrozdanoski “Bakı” klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskiyə yaxşı tanışdır. Futbolçu həmyerlisinin rəhbərliyi altında Skopyenin “Vardar” klubunda çıxış edib və Makedoniya çempionu olub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0