“İnter”in baş məşqçisi: “Birlik kuboku”na birinci yer üçün qatılmırıq”
06.12.2008 - 13:07
“Komandam “Birlik kuboku”na birinci yeri tutmaq məqsədilə gəlmir. Bizim üçün ən vacib komandamızın gücünə bələd olmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “İnter” klubunun baş məşqçisi Yob Draqtsma deyib.
Komandasını ölkə çempionu edən hollandiyalı mütəxəssis gələn ilin yanvarında Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirinə ciddi itki ilə yollanacaqlarını bildirib: “Finlandiyada ilin futbolçusu seçilən Dominik Şattonun komandadan ayrılıb. Yerdə qalan bütün oyunçular isə Moskvaya gedəcək. Həm əsas heyət oyunçuları, həm də baxışda olan futbolçular “Birlik kuboku”nda sınanacaq. Turnirin bizə verəcəyi fayda da bundan ibarətdir ki, istədiyimiz oyunçuların hamısını baxışdan keçirək”.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0