“Beşiktaş”dan Ronaldoya qadağa
06.12.2008 - 13:14
“Beşiktaş” məşhur braziliyalı hücumçu Ronaldonun transferinə qadağa qoydu. Apasport.az saytının məlumatına görə, hazırda vətənində “Flamenqo”nun düşərgəsində idman formasını bərpa edən 32 yaşlı “Yekədiş” ləqəbli futbolçunun karyerasını Türkiyədə davam etdirəcəyi gündəmə gəlib. Ancaq hələ dörd ay öncə Ərtoğrul Sağlam “Beşiktaş”ı çalışdırdığı dövrdə təklif edilən Ronaldo yenə rədd cavabı alıb. Sağlamı baş məşqçi postunda əvəzləyən Mustafa Dənizli də bir ilə yaxındır kənarda qalan futbolçunun xidmətində maraqlı deyil: “Ronaldo kimi futbolçu ehtiyatda otursa da, adı ilə komandanın önünə keçəcək. Bu durum meydana çıxan futbolçularımıza öz mənfi təsirini təsir göstərəcək. Daha öncə “Qalatasaray” belə bir riskə girərək, dövrlərarası fasilədə Roman Koseçkinin transfer etmişdi. Ancaq Koseçki ehtiyatda qalmasına rəğmən, komanda daxili ab-havanı pozmuş və nəticədə çempionluq qaçmışdı. Həmin vaxt “Qalatasaray”ı çalışdırdığımı nəzərə alsaq, eyni xətaya düşməməliyəm”.
Qeyd edək ki, “Milan”ı tərk etdikdən sonra klubsuz qalan Ronaldo iki dəfə Braziliya yığmasının heyətində dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, “Milan”ı tərk etdikdən sonra klubsuz qalan Ronaldo iki dəfə Braziliya yığmasının heyətində dünya çempionluğunu qazanıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0