“İnter”: nə favorit, nə də autsayder
08.12.2008 - 19:41
“Birlik kuboku” uğrunda yarışda sırf favoritlərdən və ya autsayderlərdən ibarət qrup yoxdur. Bütün qrupların tərkibi eynidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Şerif” klubunun baş məşqçisi Vaja Tarxnişvili deyib. “Şerif” gələn ilin yanvarında Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində “Şaxtyor” (Ukrayna), “Levadiya” (Estoniya) və “Reqar-TADAZ”a (Tacikistan) qarşı mübarizə aparacaq.
Tarxnişvili bildirib ki, yarışa qatılacaq bütün klublar, o cümlədən Azərbaycan çempionu “İnter”i nə favoritlər, nə də autsayderlər sırasına aid etmək olar: “Çünki futbol inkişafdadır. İndi bütün komandalar sürpriz etməyə qadirdir. Bunu Belarusun BATE klubu da sübuta yetirdi. Fikrimcə, yalnız turnirin yekun cədvəli komandaların real gücünə tam aydınlıq gətirəcək. Bəri başdan proqnoz vermək isə düzgün deyil”.
Qeyd edək ki, Bakı “İnter”inə turnirin qrup mərhələsində Finlandiyanın “İnter”, Latviyanın “Ventspils” və Qırğızıstanın “Dordoy-Dinamo” klubları rəqib olub.

- “Roma” “Fənərbaxça” oyununa xüsusi forma ilə çıxacaq – Nepala yardım üçün
- "Mançester Yunayted" - "Sabah" matçı bu kanalda - TV AFİŞA
- Osimhen yoxdursa, qələbə də yoxdur – “Qalatasaray”ın Avropadakı uğursuz seriyası
- “Tottenhem”ə ciddi itki: MUDRİK ZƏDƏLƏNDİ
- Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı
0
0