Araqonesdən şok qərar
09.12.2008 - 15:01
Araqonesdən şok qərar
Sabah Çempionlar Liqasının qrup mərhələsində son matçına çıxacaq “Fənərbaxça”nın baş məşqçisi Luis Araqonesin qərarı çoxlarını şoka salıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı Kiyev “Dinamo”su ilə görüşə əsas futbolçulardan ikisini - Əmrə Belözoğlu və Kazım Kazımı aparmayıb.

Türkiyə Superliqasının axırıncı turunda “Dənizlispor”la səfər matçında vurduğu yeganə qolla “sarı-lacivərdlilər”ə qələbə qazandıran Əmrənin zədəli olduğu bildirilir. Təcrübəli yarımmüdafiəçi yüngül zədələndiyi üçün baş məşqçidən icazə alıb. Kazım Kazıma gəlincə, Araqones böük ehtimalla, aralarındakı soyuq münasibətə görə, onu heyətdən kənarlaşdırıb.

Qeyd edək ki, “Fənərbaxça” sabah yalnız qalib gələcəyi təqdirdə, UEFA kubokunun 1/16 finalına yüksələcək. Əks halda, İstanbul təmsilçisi avrokuboklarla erkən vidalaşacaq.
0