Sevgilisinə xəyanət edən yığmanın futbolçusu kimdir? - FOTO
09.12.2008 - 16:35
Sevgilisinə xəyanət edən yığmanın futbolçusu kimdir? - FOTO
İspaniya yığması və “Fənərbaxça”nın futbolçusu Daniel Quizanın sevgilisi Nuria Bermudesdən ayrılmasının səbəbləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ispaniyalı cütlüyü xəyanət ayırıb.

Belə ki, Türkiyəyə Nuria ilə birgə gəlməsinə baxmayaraq, Quiza burada başqa qadınla da əlaqədə qurub. Həmçinin, 28 yaşlı hücumçunun İspaniyanın Mursiya şəhərində də sevgilisi olduğu ortaya çıxıb.

Bütün bunları eşidən Nuria noyabrın əvvəllərində Quizanı İstanbulda tək qoyaraq, İspaniyaya qayıdıb. Sevgilisi tərəfindən atılan Daniel isə psixoloji problem yaşadığından hələ də sabit oyun nümayiş etdirə bilmir. O, asudə vaxtlarını gecə klublarında keçirməklə, ayrılıqdan doğan stressdən qurtulmağa çalışır.
0