Fatih Terim Avropada ilin məşqçisi seçilə bilər
09.12.2008 - 17:44
Fatih Terim Avropada ilin məşqçisi seçilə bilər
UEFA-nın rəsmi İnternet saytında “İlin ən yaxşı komandası” müsabiqəsinə start verilib. Apasport.az saytının məlumatına görə, sayca 8-ci dəfə təşkil olunan sorğuda hər mövqe üzrə ən yaxşı futbolçu və baş məşqçi seçiləcək.

Namizədlər arasında türkiyəli oyunçular da var. Türkiyə yığmasının üzvləri - Hamit Altıntop və əslən braziliyalı Mehmet Aurelio mərkəz yarımmüdafiəçisi seçilmək imkanına malikdirlər.

Bundan başqa, “ay-ulduzlular”ın çalışdırıcısı Fatih Terim 2008-ci il üçün Avropanın ən yaxşı məşqçisi ola bilər. Bu ilin yayında milli komandaya qitə çempionatının bürünc medalını qazandırmış Terim Aleks Ferqyusson (“Mançester Yunayted”), Luis Araqones (“Fənərbaxça”), Dik Advokat (“Zenit”) və Temuri Ketsbaya (“Anortosis”) ilə rəqabət aparacaq.

Azarkeşlərin gələn il yanvarın 12-dək UEFA-nın rəsmi İnternet saytına daxil olub, səs vermələrinə şərait yaradılıb.
0