“Olimpik” Abuzərova da qapını göstərdi
09.12.2008 - 18:15
“Olimpik” Abuzərova da qapını göstərdi
“Olimpik”in rəhbərliyi daha bir futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bu dəfə yarımmüdafiəçi Yaşar Abuzərov komandadan uzaqlaşdırılıb.

Ötən mövsümün vitse-çempionu olan Abuzərov son vaxtlar zəif təsir bağışlayırdı. “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev şans vermədiyindən, təcrübəli futbolçu vaxtının çoxunu ehtiyat oyunçular skamyasında keçirirdi.

Qeyd edək ki, Yaşar dövrələrarası fasilədə “təyarəçilər”dən kənarlaşdırılan ikinci futbolçuya çevrilib. Üç gün öncə paytaxt klubu tunisli Bəşir Müqədini transferə çıxarıb.
0