“Qalatasaray”ın futbolçusu eşqə düşüb - FOTO
10.12.2008 - 00:30
“Qalatasaray”ın futbolçusu eşqə düşüb - FOTO
“Qalatasaray”ın legioneri Kassio Linkoln eşqə düşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu polşalı model Tatyana Tsvikeviçə vurulub.

Tatyana modelliklə yanaşı, aktrisalıq da edir. O, 2002-ci ildə çəkilən “Rus gəlin” filmində baş rolu ifa edib. Bundan başqa, Tsvikeviç Türkiyənin ən məşhur seriallarından sayılan “Qurdlar vadisi”ndə rusiyalı agent obrazını da yaradıb.

Polşalı gözəli gecə klubunda görən Linkoln ona “bir könüldən, min könülə” aşiq olub. 29 yaşlı futbolçu Tatyana ilə yaxından tanış olmaq üçün 1 ay əziyyət çəkib. Nəhayət, məqsədinə çatan “Cim Bom”un oyunçusu hazırda modellə birgədir.

Onu da əlavə edək ki, Tatyana 5 il münasibətdə olduğu türkiyəli işadamı Nuri Kosəmdən ötən il ayrılıb.
0