Rusiyalı milyarder Fatih Terimi Moskvaya çağırır
10.12.2008 - 11:15
Rusiyalı milyarder Fatih Terimi Moskvaya çağırır
Bu yaxınlarda Türkiyə yığması ilə 2012-ci ilədək müqavilə bağlayan Fatih Terim baş məşqçi karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssisə MOİK rəsmiləri elçi düşüb.

Terimin keçidində Moskva təmsilçisinə yaxınlığı ilə tanınan “Çelsi”nin sahibi Roman Abramoviç şəxsən maraqlıdır. UEFA tərəfindən 2008-ci ilin ən yaxşı baş məşqçisi adına namizəd göstərilən “İmperator” ləqəbli mütəxəssis də bu təklifə müsbət yanaşır. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı haqda da xəbərlər yayılıb.

Qeyd edək ki, MOİK Rusiya Premyer Liqasını ikinci pillədə başa vursa da, baş məşqçi Valeri Qazayev tutduğu postdan istefa verib. Onun yerinə ən real namizədlərdən sayılan Terimə gəlincə, mütəxəssis “Qalatasaray”la qazandığı uğurlarla yanaşı, İtaliyanın “Fiorentina” və “Milan” kimi tanınmış klublarında da iş təcrübəsinə malikdir.
0