“Neftçi” avstraliyalı müdafiəçi ilə müqavilə bağladı
10.12.2008 - 11:47
“Neftçi” avstraliyalı müdafiəçi ilə müqavilə bağladı
“Neftçi” qış fasiləsində ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, dördqat Azərbaycan çempionu İrlandiya “Droqheda”sının 29 yaşlı müdafiəçisi Con Tamburasla müqavilə bağlayıb.

Bir müddət öncə “Droqheda”dan Bakıya gələn beş futbolçu arasında yer alan Tamburasın keçidini artıq rəsmiləşmiş saymaq olar. 1979-cu il yanvarın 30-da Avstraliyanın Melburn şəhərində anadan olan müdafiəçi 1,85 metr boya malikdir. Peşəkar futbolçu karyerasına 10 il əvvəl başlayan Con “South Melbourne” klubunda (1998/99) cəmi 1 oyun keçirib. Daha sonra Yeni Zelandiyada çıxış edən müdafiəçi “Auckland Kinqz” (2003/04) və “Nyu Zealand Knights” (2005-07) klublarının hər birində 21 oyunda 1 qol vurub. 2006-cı ildə Malayziyada da oynayan Tamburas “Pahang” klubunun (26 oyun, 2 qol) şərəfini qoruyub.

İrlandiyaya gələnədək Avropada çıxış edən avstraliyalı futbolçunun Yunanıstana yollanması təsadüfi olmayıb. Belə ki, Conun valideynləri əslən bu ölkədəndir. Yunanıstanın “Kalamata” klubunda (2000/01, 14 oyun) forma geyən “Neftçi”nin yeni transferinin ən yadda qalan oyunu avrokuboklarda “Olimpiakos”la görüş sayılır. İl yarımdır “Droqheda”nın sıralarında olan Con ötən mövsüm bu komandanın heyətində (32 oyun, 1 qol) İrlandiya çempionluğunu qazanıb, Çempionlar Liqasının iştirakçısı olub.

Qeyd edək ki, Tamburas Azərbaycanda çıxış edən ilk avstraliyalı futbolçu olacaq.
0