Jelinski Yunisoğlunun probleminə aydınlıq gətirdi
10.12.2008 - 12:05
Jelinski Yunisoğlunun probleminə aydınlıq gətirdi
Polşanın “Poloniya” klubunun baş məşqçisi Yatsek Jelinski Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun transferə çıxarılmasının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hələ “Qrotslin”də çalışdığı vaxtdan 23 yaşlı müdafiəçini tanıyan mütəxəssis onun potensialını komandanın iddialarına uyğun saymır.

O, Polşa mətbuatına müsahibəsində Yunisoğlu da daxil olmaqla, bir neçə futbolçunun üzləşdiyi problemi də komandanın liderlər sırasında olmasında görür: “Ölkə çempionatının payız hissəsini iki aparıcı komandanın arxasında bitirdik. İndi tam ciddi şəkildə məqsədimizi müəyyənləşdirməliyik. Bu isə komandamızın bir sıra oyunçuları üçün böyük problemə çevriləcək. Çünki biz birinci yer uğrunda mübarizə aparacağıq. Klubun sahibi mənə üç səviyyəli futbolçunu transfer edəcəyi ilə bağlı təminat verib. Belə olan halda, Pyotr Sverçevski, Pyotr Peçnyak və Saşa Yunisoğlu ilə isə yollarımızı ayıracağıq”.

Qeyd edək ki, birinci dövrədən sonra hesabında 35 xal olan “Poloniya” “Lex” və “Legiya”dan cəmi bir xal geri qalır.
0