Ronaldo rəsmən “Korintians”da!
10.12.2008 - 12:05
Ronaldo rəsmən “Korintians”da!
1996, 1997 və 2002-ci illərdə dünyanın ən yaxşı futbolçusu olan braziliyalı Ronaldo özünə iş tapıb. Apasport.az saytının məlumatına görə, Braziliya milli komandası və “Milan”ın sabiq hücumçusu karyerasını vətənində davam etdirəcək. O, “Korintians”la “1+1 il” sistemi üzrə anlaşıb. Rəsmi müqavilə dekabrın 12-də bağlanacaq.

Bununla da, Ronaldonun 6 aylıq işsizliyinə son qoyulub. 32 yaşlı futbolçunun “Milan”la razılaşmasının müddəti bu ilin yayında başa çatıb. İkiqat dünya çempionu isə zədələndiyi üçün fevraldan bəri futbol oynaya bilmir. Axır vaxtlar o, “Flamenqo”nun heyətində məşq etməklə kifayətlənirdi.

Qeyd edək ki, istedadlı futbolçu peşəkar karyerasına da elə Braziliyada başlayıb. Öncə “Kruzeyro”da oynayan Ronaldo sonradan Avropada ardıcıllıqla PSV, “Barselona”, “İnter”, “Real” və “Milan”ın şərəfini qoruyub.
0