Zavarov: Belkeviçlə maraqlanmırıq
10.12.2008 - 12:24
Zavarov: Belkeviçlə maraqlanmırıq
Bakının “İnter” klubunun belaruslu yarımmüdafiəçisi Valentin Belkeviçin karyerasını yenidən Ukraynada davam etdirmək variantı gündəmdən düşmür. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçunun adı Kiyev “Arsenal”ının ətrafında hallanmaqda davam edir. Ancaq komandanın baş məşqçisi Aleksandr Zavarov Belkeviçi transfer etmək fikrində olmadıqlarını bildirib. Ötənlərin məşhur futbolçusu Valentinə maraq göstərmələri ilə bağlı yayılan xəbərləri təəccüblə qarşılayıb: “Mən ilk dəfədir bunu eşidirəm. Az öncə klubun prezidenti ilə görüşüm oldu. Onunla söhbətdə Belkeviçin məsələsinə heç bir şəkildə toxunulmayıb”.

Qeyd edək ki, “İnter”lə müqaviləsi yanvarın ilk günlərində başa çatacaq Belkeviç Ukraynada Kiyevin digər təmsilçisi – “Dinamo”da çıxış edib. Təcrübəli yarımmüdafiəçi 12 il şərəfini qoruduğu, heyətində çoxsaylı titullar qazanan bu komandadan yayda “İnter”ə keçib.
0